• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qobustanda maşın yanıb

Qobustanda maşın yanıb

Qobustan rayonunda "QAZ" markalı minik avtomobili yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Qobustan rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonunun yanar hissələri yanıb.

Avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, hadisə avtomobil Şamaxı istiqamətində hərkətdə olarkən anidən yanmağa başlayıb. Yanğın avtomobilin mühərrik hissəsində baş verib. Bir anda maşını alov bürüyüb.

Sürücü, 68 yaşlı Vaqif İbrahimov avtomobilin yandığını görüb, özü və 3 sərnişini maşını vaxtında tərk ediblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR