• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

KİV-lər arasında keçirilən atıcılıq turnirinin qalibləri bəlli oldu

KİV-lər arasında keçirilən atıcılıq turnirinin qalibləri bəlli oldu

Trend Beynəlxalq İnformasiya Agentliyi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, KİV komandaları arasında keçirilən atıcılıq turnirinin qalibi olub.

Trend-in məlumatına görə, turnir bu gün başa çatıb. Turnirdə 19 komanda qeydiyyatdan keçib.

İki mərhələdən ibarət yarışın qalibi olan Trend Beynəlxalq İnformasiya Agentliyinin komandasına kubok, medal, sertifikat və xatirə hədiyyələri təqdim edilib.

Turnirdə ikinci yeri İnterpress.az, III yeri isə "Kaspi" qəzeti tutub.

Mükafakları qaliblərə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəis müavini, polkovnik Zaur Abdullayev təqdim edib.

Onun sözlərinə görə, H.Əliyevin xatirəsinə həsr olunan turnirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

Z.Abdullayev ümummilli lider H.Əliyevin ordu quruculuğu və hərbi vətənpərvərlik işlərinin təşkili sahəsində gördüyü işlərin əhəmiyyətindən danışıb. O, H.Əliyevin bu sahədə həyata keçirdiyi işlərin bu gün də uğurla davam etdiyini bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR