• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Gündəlik Teleqraf"ın əməkdaşı qalib oldu - YENİLƏNİB

"Gündəlik Teleqraf"ın əməkdaşı qalib oldu - YENİLƏNİB

Azərbaycan Mətbuat Şurasının, Azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) KİV-lər arasında elan etdiyi "Əli bəy Hüseynzadə və türk dünyası" mövzusunda yazı müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, müsabiqənin məqsədi türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan və müstəqil milli dövlətçiliyimizin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq dahi mütəfəkkirin həyat və fəaliyyətinin işıqlandırılmasına və təbliğinə yönələn tədbirlərə dəstək vermək olub.

ATXƏM-in sədri İlham İsmayılov isə türk dünyasının görkəmli şəxslərindən biri olan Əli bəy Hüseynzadənin adı ilə bağlı olan bu yazı müsabiqəsi qaliblərinin türkçülük günündə mükafatlandırılamsının vacibliyini bildirib.

Qeyd olunub ki, KİV rəhbərlərinin, ictimai-siyasi xadimlərin, ziyalıların və elm adamlarının da qatıldığı tədbir 3 may türkçülük gününə həsr olunub.

Daha sonra isə müsabiqə qaliblərinə diploma və pul mükafatları təqdim olunub.

Qeyd edək ki, yazı müsabiqəsində yer qazanan şəxslər arasında “Publika.az” xəbər portalının və “Gündəlik Teleqraf” qəzetinin əməkdaşları da olub.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR