Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliklə bağlı təlim keçirib
Bizi izləyin

Qırmızı.az

Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliklə bağlı təlim keçirib

Mayın 3-də "Xüsusi Tədbirlər Planı"na uyğun olaraq, Daxili İşlər Nazirliyinin Təlim Mərkəzində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini zamanı kütləvi iğtişaşların, cinayətlərin, eləcə də digər hüquqpozmaların qarşısının alınması və silahlı cin

Mayın 3-də "Xüsusi Tədbirlər Planı"na uyğun olaraq, Daxili İşlər Nazirliyinin Təlim Mərkəzində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini zamanı kütləvi iğtişaşların, cinayətlərin, eləcə də digər hüquqpozmaların qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyatların təşkilinə dair taktiki təlim məşqi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Daxili Qoşunların, Çevik Polis Alayının, Bakı və Sumqayıt Baş Polis İdarələrinin, Baş Mühafizə İdarəsinin və Nazirliyin Xüsusi Təyinatlı "Aslanlar" bölüyünün təxminən iki min nəfərə yaxın əməkdaşının qatıldığı təlimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.

Əvvəlcə nazir qeyd olunan təyinatlar üzrə istifadə edilən yeni texnikaya və xüsusi vasitələrə baxış keçirib. Daha sonra şəxsi heyətin nümunəvi çıxışları olub, müxtəlif istiqamətlərdə hüquqpozmaların qarşısının alınmasında əməkdaşların hazırlıq səviyyəsi nümayiş etdirilib.

Tədbirin gedişini izləyən daxili işlər naziri, təlimin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi daşıdığını qeyd edərək, şəxsi heyətin bu sahədə hazırlığını yüksək qiymətləndirib və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, daxili işlər orqanlarının əməkdaşları, digər hüquq-mühafizə orqanları ilə birlikdə, ölkəmizdə ictimai asayişin və təhlükəsizliyin davamlı təmini, vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində bundan sonra da əzmkarlıqla çalışacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm