Bakıda əsgərlər yol qəzasına uğradılar
Bizi izləyin

Qırmızı.az

Bakıda əsgərlər yol qəzasına uğradılar

Bakı-Şamaxı yolunda ağır avtomobil qəzası baş verib.

Bakı-Şamaxı yolunda ağır avtomobil qəzası baş verib.

Müşfiqabad qəsəbəsinin yaxınlığında "KamAZ" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Şahidlərin bildirdiklərinə minik maşınında 4 əsgər olub. Qəza zamanı əsgərlərdən bir neçəsi ağır bədən xəsarətləri alıblar. Onların yaxınlıqdakı xəstəxanaya aparıldıqları barədə hadisə şahidləri məlumat veriblər.

Qəza zamanı "Mercedes"in tanımaz hala düşdüyü bildirilir. Hadisə yerinə polislər və təcili tibbi yardım maşınları gəliblər. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm