Qırmızı.az
Yol polisi adam “vurdu”: Bakının əsas prospekti bağlandı - FOTOLAR
Bir neçə dəqiqə öncə Nobel prospektində qeyri-adi hadisə baş verib.
“Axar.az”ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, 10 YP 378 dövlət nömrə nişanlı yol polisi avtomobilinin qarşısında yerə sərilmiş piyada bütün prospektdə hərəkəti dayandırıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, polisi yerə uzanmış bu şəxsin idarə etdiyi avtomobili saxlayıb və üstündə heç bir, hətta şəxsiyyətini təsdiq edən sənəd belə olmayan sürücünün idarə etdiyi avtomobilin cərimə meydançasına aparılmasına qərar verib. Sürücünün inad və israrları heç bir nəticə verməyib. Evakuatorun avtomobili apardığını görən sürücü isə yolun ortasında polis maşınının qarşısına yıxılıb və polis maşınının onu vurduğunu iddia etməyə, “ağrıdan” çığırmağa başlayıb.
Ətrafına toplaşan insanların sarkazm dolu reprikaları da şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayan sürücünü inadından döndərməyib. Nəhayət, onunla eyni bölgədən olduğunu deyən tanışının müdaxiləsindən sonra sürücü yolun ortasından qalxıb və polis maşınına minməyə razı olub.
Qeyd edək ki, bu maraqlı hadisə zamanı Nobel prospektində ciddi tıxac yaranıb, hadisə yerinə əlavə polis və post patrul xidmətinin əməkdaşları çağırılıb.
-
Magazin122:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin122:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə