Şəkidə zəncirvari yol qəzası: 2 nəfər xəsarət alıb
Bizi izləyin

Qırmızı.az

Şəkidə zəncirvari yol qəzası: 2 nəfər xəsarət alıb

Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticənən zəncirvari yol qəzası baş verib.

Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticənən zəncirvari yol qəzası baş verib.

Hadisə mayın 4-ü saat 22: 30 radələrində şəhərin Bağbanlar küçəsində qeydə alınıb. Şəki şəhər sakini Ramil Mustafayevin idarə etdiyi VAZ 21 014 markalı avtomobil, Eldar Əkbərovun idarə etdiyi VAZ 21 011 markalı avtobillə toqquşub.

VAZ 21 014 daha sonra yolun kənarında saxlanılmış "Ford"a dəyib.

Nəticədə VAZ 21 011-in sürücüsü və sərnişini xəsarət alıb. Sərnişinin vəziyyəti yüngül olduğundan ona hadisə yerinə tibbi yardım göstərilib.

Vəziyyəti nisbətən ağır olan sürücü E.Əkbərov isə Şəki MRX-ya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm