Bakıda yük avtomobilləri toqquşub
Bizi izləyin

Qırmızı.az

Bakıda yük avtomobilləri toqquşub

Bakı şəhəri, Binəqədi rayonunda yol-nəqliyyat qəzası ilə bağlı FHN məlumat yayıb.

Bakı şəhəri, Binəqədi rayonunda yol-nəqliyyat qəzası ilə bağlı FHN məlumat yayıb.

Publika.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, torpaq-qazma işləri zamanı torpaq yığılması üçün növbə gözələyən “Shacman” markalı yük avtomobilinin sürücüsü kabinasından yerə düşərkən ərazinin mailli olması və tormozlanma olmadığı üçün avtomobil arxaya gedib və arxada dayanan digər “Shacman” markalı yük avtomobilinin kabinasına çırpılıb və avtomobillər deformasiyaya uğrayıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yük avtomobilinin kabinasında sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq Təcili Tibbi Yardım Xidmətinə təhvil veriblər.

Əməliyyat saat 21:50-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm