Qaxda yanğın hadisəsi baş verib
Bizi izləyin

Qırmızı.az

Qaxda yanğın hadisəsi baş verib

Qaxda yanğın hadisəsi qeydə alınıb.

Qaxda yanğın hadisəsi qeydə alınıb.

Mal tövləsi içərisindəki ot bağlamaları ilə birlikdə yanıb. Hadisə rayonun Ağçay kəndində Rzayev Elçin Sabir oğluna məxsus mal tövləsində baş verib.

Yanğın zamanı 30 kvadratmetrlik mal tövləsinin döşəməsi və çardaq hissəsində taxta yanar konstruksiyalar yanıb. Həmçinin tövlədə olan ot bağlamaları da külə dönüb.

Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.Yanğınsöndürənlərin səyi nəticəsində yanğının həyətdə olan evə və digər yardımçı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın baş verən zaman tövlədə iribuynuzlu və ya xırdabuynuzlu heyvan olmayıb.

Yanğının başvermə səbəbləri bəlli deyil.

Faktla bağlı Qax rayon YMH-də araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm