İlham Mirzəyevin elmi işi saxta çıxdı
Bizi izləyin

Qırmızı.az

İlham Mirzəyevin elmi işi saxta çıxdı

İlham Mirzəyevin elmi işi saxta çıxdı

Teleaparıcı İlham Mirzəyev barədə maraqlı məlumat yayılıb.

Xəbərdə bildirilir ki, İ.Mirzəyev bioqrafiyasında hansı ali məktəbi bitirməsi barədə heç nə yazmır. Sən demə, o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Ancaq sonradan psixologiyadan müdafiə edərək alim olub. Başqa sözlə, ixtisasını dəyişib.


Sual oluna bilər: Mədəniyyət və İncəsənət Universiteti hara, psixologiya hara?


Haqlı sualdır. Bildirilir ki, İ.Mirzəyevin elmi işi saxtadır. O, bu işi başqasına yazdırıb və alimlik dərəcəsi alıb. İlham Mirzəyev həbs olunana qədər Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Dinşünaslıq və mədəniyyətşünaslığın fəlsəfi problemləri” şöbəsinin böyük elmi işçisi vəzifəsini daşıyıb.

Qəzetin redaksiyasına məlumat verən mənbə deyir ki, belə bir şəxsə psixologiya üzrə alimlik dərəcəsi almağa köməklik göstərənlər əslində elmimizi rüsvay edən adamlardır.


“İlham Mirzəyev psixologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi aldıqdan sonra falçılığa başladı. Bu elmi dərəcə çox adamı çaşdırdığından onlar İlham Mirzəyevə üz tuturdular. O isə məharətlə bu adın arxasında gizlənə bilirdi” - deyə mənbə bildirir.


O da qeyd edilir ki, İ.Mirzəyevin əlindən tutub onu elmə gətirənlərdən biri AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, deputat Bəxtiyar Əliyev olub. Bəxtiyar Əliyev falçı-psixoloqun “Posttravmatik stressin sosial psixoloji təhlili” adlı dissertasiyasının elmi rəhbəri də olub.


Mənbə başqa bir maraqlı məlumatı da diqqətə çatdırır. Belə ki, İ.Mirzəyevin “Çaşıoğlu” nəşriyyatında 2011-ci ildə çap olunmuş “Ailənin sosial psixologiyası” kitabının elmi redaktoru Bəxtiyar Həmzə oğlu Əliyevdir. Göründüyü kimi, Bəxtiyar Əliyevin İlham Mirzəyevin psixologiya elminə “gəlməsində” müstəsna rolu olub.


Qeyd edək ki, aprelin 12-də Nərimanov Rayon Məhkəməsində teleaparıcı İ.Mirzəyevlə bağlı məhkəmə prosesi keçirilib və məhkəmə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. O, dələduzluqda ittiham olunur.("Yeni Müsavat")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm