Hərbçilərimiz kursda iştirak edəcək
Bizi izləyin

Qırmızı.az

Hərbçilərimiz kursda iştirak edəcək

Hərbçlərimiz kursda iştirak edəcək

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən mayın 6-dan 14-dək Kaunas şəhərində (Litva) Kimya, bioloji, radioloji və nüvə terapiyası üzrə təməl kursu keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Qeyd edək ki, 5-8 may tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi keçiriləcək.

Azərbaycan 2004-cü ilin aprel ayından NATO-nun ƏİK proqramına qoşulub.

Azərbaycan Respublikası Silahlı Qüvvələri ƏİK proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bir yüngül motoatıcı bölüyü təqdim edib, 2010-cu ilin avqust ayından isə tabor yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm