Qırmızı.az
"Piyadalar, diqqətli olun!"
Azərbaycanda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq əmrinə uyğun olaraq mayın 5-dən "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyinə start verilib. Bu barədə publika.az-a DİN Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. keçiriləcək.
Məlumata görə, mayın 11-dək respublika ərazisində xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələn yol nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarının pozmasının qarşısı almaq məqsədi ilə müntəzəm reydlərin keçirilməsi və bu istiqamətdə KİV-də təbliğatı daha da gücləndirmək, həmçinin təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.
Bu məqsədlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş
Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə
də piyadaları həftəlik ərzində nümunəvi davranışla çıxış etməyə
çağırır.
Qeyd edək ki, statistik məlumatlara əsasən bu ilin 3 ayı ərzində
respublikada piyadaların vurulması ilə bağlı qeydə alınmış
hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin
42 faizini, Bakı şəhərində isə 52 faizini təşkil edir. Təhlillər
göstərir ki, əksər hallarda belə hadisələrin baş verməsində
sürücülərlə yanaşı, piyadaların da müəyyən təqsiri var.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO