Əlillik üzrə müraciətlər azalıb
Bizi izləyin

Qırmızı.az

Əlillik üzrə müraciətlər azalıb

Əlillik üzrə müraciətlər azalıb

Bu il aprel ayında “Qaynar Xətt”ə müraciətlərin ümumi sayı ötən ilin müvafiq dövrünə nisbətən 30 faiz azalaraq 505-ə enib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentindən publika.az-a verilən məlumata görə, ötən ay müraciətlərin sayı əlillik və reabilitasiya məsələləri üzrə 57,8 faiz azalaraq 47-yə, məşğullula bağlı 33 faiz azalaraq 20-yə, əmək hüquqlarının təminatı ilə əlaqədar 45 faiz azalaraq 15-ə düşüb.

Ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə isə 142-“Qaynar Xətt”ə 423 müraciət daxil olub ki, bu da ötən ilin aprel ayı ilə müqayisədə 23,4 faiz azdır.

Əksər müraciətlər sorğu xarakterli olub və hər bir müraciət nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssislərinin iştirakı ilə cavablandırılıb. Ayrı-ayrı şikayət məzmunlu müraciətlər isə operativ və obyektiv şəkildə araşdırılaraq müvafiq tədbirlər görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm