Jurnalistlər təlim keçəcək
Bizi izləyin

Qırmızı.az

Jurnalistlər təlim keçəcək

Jurnalistlər təlim keçəcək

Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Jurnalistlər Şəbəkəsi-nin “MediaMən” Jurnalistika Məktəbi layihəsində təlimlərə start verilib. Publika.az-ın məlumatına görə, təlimin birinci günündə Azərfoto İnformasiya Agentliyinin rəhbəri Jeyhun Abdulla fotojurnalistika ilə bağlı bilik və təcrübəsini iştirakçılarla bölüşüb.

Qeyd edək ki, bu layihə Azərbaycan Jurnalistlər Şəbəkəsi İB (AJN) və Gənclər üçün Təhsil Mərkəzi İB (GTM), Azərbaycan Mətbuat Şurasının təşkilatı dəstəyi ilə həyata keçirlir.

“MediaMən” layihəsi jurnalist olmaq istəyən 20 gənci bir araya gətirərək müfəssəl hazırlanmış təlim proqramı və praktik məşğələlərlə jurnalistikaya dair bilik və bacarıqlar öyrədir.

İki ay davam edəcək layihə boyunca iştirakçılar tanınmış jurnalistlərin təlimlərində iştirak edərək peşəkar media qurumlarına təşkil olunan turlara qatılmaq imkanı əldə edəcəklər. Layihədə əsasən foto, qəzetçilik, radio,televiziya və onlayn jurnalistikaya dair təlimlər təşkil olunur.

“MediaMən” layihəsində aktiv olan iştirakçılar təlimlərin yekununda sertifikatlarla təltif olunacaqlar.

Layihənin informasiya dəstəkçiləri Trend İnformasiya Agentliyi, Kaspi qəzeti, Modern.az saytı və Azərfoto İnformasiya Agentliyidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm