Cəlilabadda yol qəzası - iki qardaş həyatını itirdi
Bizi izləyin

Qırmızı.az

Cəlilabadda yol qəzası - iki qardaş həyatını itirdi

Cəlilabadda yol qəzası - iki qardaş həyatını itirdi

Cəlilabad rayonunda dəhşətli yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, yol qəzası Ələt-Astara magistralının 124-cü km-nin Cəlilabad rayonunun Alar kəndindən keçən hissəsində qeydə alınıb. Yardımlı rayon sakini 1964-cü il təvəllüdlü Şahəli Quliyev idarə etdiyi “Hyundai Santafe” markalı minik avtomobililə Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Avtomobil yoldan cıxaraq yol kənarındakı kanala düşüb.


Hadisə nəticədə sürücü və onun avtomobildə olan qardaşı 1967-ci il təvəllüdlü Araz Quliyev ölüblər. Avtomobildə olan digər sərnişin, dünyasını dəyişənlərin qardaşı oğlu 30 yaşlı Rauf Manafov yaralanıb. Onu Cəlilabad Mərkəzi rayon Xəstaxanasına yerləşdiriblər. Hazırda onun vəziyyəti normaldır.


Hadisə şahidlərinin sözlərinə görə, qəzaya avtomobilin yüksək sürətllə idarə olunması səbəbindən baş verib.


Faktla baglı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm