TQDK nəticələri açıqladı
Bizi izləyin

Qırmızı.az

TQDK nəticələri açıqladı

TQDK nəticələri açıqladı

ARDNŞ-in ali təhsil müəssisələrinin tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə keçirilmiş müsabiqənin nəticələrini açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin məlumatına görə, nəticələr artıq TQDK-nın saytında yerləşdirilib.

Mayın 4-də ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-in təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1972 nəfər namizəddən 336 nəfəri imtahana gəlməyib. 1636 nəfəri imtahanda iştirak edib. Ən yüksək nəticə 40 bal olub.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm