Bakıda avtobus qəza törətdi, yaralılar var
Bizi izləyin

Qırmızı.az

Bakıda avtobus qəza törətdi, yaralılar var

Bakıda avtobus qəza törətdi, yaralılar var

Bu gün saat 08:25-də Bakıda daha bir sərnişin avtobusu ağır yol qəzasına uğrayıb.


Sabunçu rayon Polis İdarəsindən ANS PRESS-ə verilnə məlumata görə, “Koroğlu” metro stansiyasının yaxınlığında hərəkət edən 160 saylı sərnişin avtobusu qarşıda hərəkət edən “Nissan” markalı avtomobilə çırpılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları, təcili yardım və xilasedicilər cəlb olunub.


Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən 10-u yaralanıb. Yaralılardan 6 nəfərin xəsarəti ağır olduğu üçün onları xəstəxanaya aparıblar.


Xəstəxanaya Mehmet Yusif, Mustafa Ramazanov, Engin Şenor, Vüqar Məhərrəmov, Firuz Bayramov, Mirzə Rzayevin vəziyyətlərinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm