Telekanal əməkdaşı yol qəzası törədib
Bizi izləyin

Qırmızı.az

Telekanal əməkdaşı yol qəzası törədib

Telekanal əməkdaşı yol qəzası törədib

Bakıda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Paytaxtın Sabunçu Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Zabrat qəsəbəsində qeydə alınıb. Polad Orucovun idarə etdiyi “Mercedes” markalı avtomobil yol kənarında olan maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan 1990-cı il təvəllüdlü Əlibala Hacıyev və həyat yoldaşı Bahar Hacıyeva ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, P. Orucov ANS telekanalında operator işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm