• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

TQDK imtahan nəticələrini “facebook”da açıqlayacaq

TQDK imtahan nəticələrini “facebook”da açıqlayacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 4-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirib.

TQDK-dan Publika.az-a verilən xəbərə görə, hazırda Komissiya tərəfindən imtahan protokollarının və cavab kartlarının emalı həyata keçirilir. Proses yekunlaşdıqdan sonra nəticələr elan olunacaq.

İmtahan eyni vaxtda- saat 13:00-da başlanmış və 45 dəqiqə ərzində aparılmışdır.

İmtahan bütün mərkəzlərdə təlimata uyğun şəkildə keçirilib, abituriyentlərə öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Nəticələrin elan olunması ilə bağlı ilk məlumat TQDK-nın facebook səhifəsində veriləcək.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR