Məleykə Abbaszadə yeni səlahiyyət istəyir
Bizi izləyin

Qırmızı.az

Məleykə Abbaszadə yeni səlahiyyət istəyir

Məleykə Abbaszadə yeni səlahiyyət istəyir

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasında ciddi islahatlar aparılacaq. Bu haqda Teleqraf.com Dövlət Komissiyasına yaxın mənbələr bildirib.

Verilən xəbərə görə, hazırda 140 nəfərə yaxın personalı olan və yalnız bir idarədə fəaliyyət göstərən komissiya fəaliyyətini genişləndirmək haqda düşünür.

İlkin plana əsasən, komissiya Təhsil Nazirliyinin rayon şöbələri kimi hər rayonda öz şöbələrini yaratmağı niyyətindədir. Ən maraqlı məqam odur ki, komissiyanın yerli şöbələri rayonlarda inzibati binalarda deyil, orta məktəblərdə yerləşəcək.

Hətta iddia olunur ki, artıq Dövlət Komissiyasının bəzi əməkdaşlarına rayonlara gedib vəziyyətlə tanış olmaq tapşırığı verilib.

Qeyd edək ki, bu cür islahatlar aparılacaqsa, bunun üçün Dövlət Komissiyasının əsasnaməsində dəyişikliklər edilməlidir. Ancaq mənbə qeyd edir ki, bu məsələ ilə bağlı hökumətdə məsləhətləşmə aparılıb və hətta ola bilsin ki, Milli Məclisə hansısa layihədə də təqdim olunsun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm