İki avtomobil dərəyə yuvarlandı
Bizi izləyin

Qırmızı.az

İki avtomobil dərəyə yuvarlandı

İki avtomobil dərəyə yuvarlandı

Bu saatlarda Yevlax rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, hadisə Xanobad-Oğuz yolu ərazisində qeydə alınıb.


Belə ki, “VAZ-21011” markalı avtomobil ilə “VAZ-2106” markalı avtomobil toqquşub. Hər iki avtomobil qəza baş verən an sürətlə hərəkət etdiyi üçün zərbənin təsirindən hər iki avtomobil dərəyə yuvarlanıb.


Deyilənlərə görə, qəza nəticəsində hər iki avtomobildə olan sürücü yaralanıb. Hazırda hadisə yerində təcili yardım, xilasedicilər, polis və digər hüquq-mühafizə orqanalrı çalışır.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm