Bakıda ağır yol qəzasında taksi sürücüsünün ayaqları sındı (FOTO)
Bizi izləyin

Qırmızı.az

Bakıda ağır yol qəzasında taksi sürücüsünün ayaqları sındı (FOTO)

Bakıda ağır yol qəzasında taksi sürücüsünün ayaqları sındı (FOTO)

Abşeron rayonu Masazır qəsəbəsində taksi ilə minik maşını toqquşub.


ANS PRESS-in məlumatına görə, bu barədə “Facebook” sosial şəbəkəsindəki kriminal qruplardan birində məlumat verilib. Məlumata görə, “Mercedes” markalı avtomobil sürətlə hərəkət edərkən qarşısında dayanan “Tofaş” markalı taksiya çırpılıb.


Zərbənin təsirindən avtomobil maneyə dəyib. “Mercedes” markalı avtomobil isə daha sonra işıq dirəyinə çırpılıb.


Qəza nəticəsində taksi sürücüsünün ayaqları sınıb. Onu xəstəxanaya yerləşdiriblər.


Faktla bağlı araşdırma aparılır.











Oxumağa davam et
Reklam
Reklam

Gündəm