• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

30 ildən sonra ilk dəfə

30 ildən sonra ilk dəfə

Rusiya, Belarus və Türkiyə istehsalı olan 30 adda 37 yeni texnika və avadanlıqlar bölgələrdə yerləşən təhsil müəssisələrində əyani vasitə kimi istifadə olunacaq.İlk peşə-ixtisas təhsili müəssisələrinə sonuncu dəfə müvafiq texnika avadanlıq əyani və texniki vasitələr 25-30 il əvvəl verilib. Bunu Publika.az-a Təhsil Nazirliyinini əsaslı tikinti təchizat idarəsinin loqistika üzrə mütəxəssisi Samir Məmmədov bildirib.

O əlavə edib ki, ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatı sektorunun yüksək ixtisaslı kadrlarla təmin edilməsi prioritet istiqamətlərdən biridir.

"Mövcud şəraitdə kənd təsərrüfatı sahəsinin inkişafında əyani və texniki vasitələrlə təlim keçmiş zəruri peşə vərdiş işlərinə, bilik və bacarıqlara yiyələnmiş ilk peşə ixtisası təhsili müəssisələrinin hazırlanması vacib amildir. Eyni zamanda, texnika və avadanlıqlara malik olması ilk peşə ixtisas təhsili müəssisələrinə qanunvericiliyə uyğun olaraq əlavə maddi gəlir əldə etmək imkanı verir.”- deyə vurğulayıb

Qeyd edək ki, Təhsil Nazirliyi kənd təsərrüfatının ixtisaslı kadrlara olan tələbatının daha dolğun ödənilməsi və müvafiq təhsil müəssislərinin maddi texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə başladığı işlər davam etdiriləcək. Bu istiqamətdə aparılan islahatların əsas məqsədi kənd təsərrüfatı üzə ilk peşə ixtisas təhsili müəssisələrində kadr hazırlığı işinin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.

Gülşanə Mustafayeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR