Rayonları dolu vurub, nazirliyin isə xəbəri yoxdu
Bizi izləyin

Qırmızı.az

Rayonları dolu vurub, nazirliyin isə xəbəri yoxdu

Rayonları dolu vurub, nazirliyin isə xəbəri yoxdu

Ötən gecə Şamaxı, Göyçay, İsmayıllı və Qəbələ rayonlarına yağan yağış və dolu kənd təsərrüfatına ciddi ziyan vurub.

Güclü leysan daha sonra doluya çevrilib. Bəzi bölgələrdə 20, bəzilərində 40 dəqiqə davam edən davam edən dolunun çəkisi 30-40 qram olub. Dolu evlərə ziyan vurmasa da, əkin sahələrinə və bağlarda meyvə ağaclarına ciddi ziyan vurub.

Şamaxıda bir anda başlayan göy gürültusu və ildırım ardınca güclü dolu yağıntısı ilə müşahidə olunub. Ani başlayan dolu bir anda güclənib. Dolu dənələri 1.5 sm böyüklüyündə olub. 6 dəqiqə davam edən dolu Şamaxıda həyatı iflic edib. Əhali arasında qorxu və həyacan yaşanıb. Evlərin dam örtüyü ziyan dəyməyib. Kənd təsərrüffatına da ağır zərbə vuran dolu meyvəçiliyin məhvinə səbəb olub. Dolu güclü leysanla əvəz olunub.

Ən çox yağntı isə Qəbələ rayonu ərazisində qeydə alınıb. Rayonlarda elektrik enerjisinin verilişində problemlər yaranıb. Bəzi kəndlərə enerji verilişi dayandırılıb. Təsərrüfatlara dəyən ziyanın miqdarı hələlik dəqiq bilinmir.

Təsərrüfatlara dəyən ziyanın miqdarı barədə məlumat öyrənmək üçün Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bu barədə heç bir məlumatlarının olmadığını dedi:

“Fermerlərdən dəymiş ziyanla bağlı hər hansı müraciət daxil olmayıb”.

Məsələnin araşdırılmasına gəldikdə, mətbuat xidmətinin rəhbəri buna ehtiyac olmadığını dedi:

“Ciddi ziyan dəymiş olsaydı, nazirliyin ərazi idarələrinə məlumat verilərdi. Məlumat verildikdən sonra, hansı sahəyə nə qədər ziyan dəyməsi, aradan qaldırılması üçün hansı tədbirlərin görüləcəyi müəyyən ediləcək”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev ötən gün Böyük Qafqaz ərazisində olan bölgələrdə müşahidə edilən leysan xarakterli yağışlar və dolu yağmasının may ayı üçün xarakterik olduğunu bildirdi:

“Bu cür hava şəraiti proznozlaşdırılmışdı. Əvvəlki illərdə də leysan və dolu müşahidə edilib. Bu il də yenidən may ayı ərzində bəzi günlərdə yenidən oxşar hava şəraiti-güclü yağış və dolu düşməsi müşahidə edilə bilər”.

A.Verdiyev onu da bildirdi ki, ölkə ərazisində proqnozlaşdırılan təhlükəli hidrometreoloji hava şəraiti ilə bağlı proqnozlar əvvəldən aidiyyatı qurumlara, əlaqədar təşkilatlara məlumat verilib.

“Ötən gün müşahidə edilən hava şəraiti ilə bağlı da aidiyyatı təşkilatlara məlumat verilmişdi”.

Nazirlik rəsmisi onu da əlavə etdi ki, yaxın iki-üç gün ərzində bölgələrdə yağmursuz hava şəraiti müşahidə ediləcək. Gecə və səhər saatlarında ayrı-ayrı yerlərdə duman gözlənilir. Havanın temperaturu aran rayonlarında 27-30, dağlarda 18-23 dərəcə isti proqnozlaşdırılır. Mayın 7-dən başlayaraq hava yenidən dəyişəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm