Şagirdlər müəllimələri öldürmək üçün siyahı hazırlayıb
Bizi izləyin

Qırmızı.az

Şagirdlər müəllimələri öldürmək üçün siyahı hazırlayıb

Böyük Britaniya məktəblərində şagirdlərin müəllimələrə hücumu davam etməkdədir.

Keçən həftə şagirdlərdən birinin dərs zamanı müəlliməsini öldürməsi ölkədə ajiotaj yaratdı. İndi də ibtidai məktəbdə oxuyan iki 10 yaşlı şagird müəlliməsini zəhərləməyə cəhd göstərib.

Məktəbin iki şagirdi müəllimənin sinifdə olmamasından istifadə edərək, kofe stəkanına ölümcül kimyəvi məhlul qatıb. 39 yaşlı müəllimə kofeni içməyə hazırlaşarkən, şagirdlərdən biri dözməyərək baş verənləri ona deyib. Hadisə yerinə polis çağırılıb və kofe stəkanı ekspertizaya aparılıb.

Güman olunur ki, hər iki şagird, məktəbdə 6 müəlliməni öldürmək üçün “baş siyahı” hazırlayan “Mafiya” adlandıran qrupa daxildir. Bu şok xəbəri valideynlərdən biri verib.

Şagirdlər həbs olunmasa da, araşdırmalar davam etdirilir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm