Bu yollar bir həftə bağlanacaq - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Bu yollar bir həftə bağlanacaq - ÖZƏL

Bu yollar bağlanacaq

“Mayın 9-da gecə saatlarında “Gül bayramı”nın keçirildiyi ərazidəki Şəmsi Bədəlbəyli, Bülbül, Rəşid Behbudov, Füzuli küçələrində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq”.

Bu barədə publika.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

“Bayramın keçirildiyi parka giriş-çıxış Milli Konservatoriyanın ərazisindən olduğundan Ş. Bədəlbəyli ilə Bülbül küçəsinin kəsişməsində tədbir başa çatana qədər hərəkət məhdudiyyəti olacaq. Tədbirin neçə gün davam edəcəyi məlum olmadığından məhdudiyyətin müddəti barədə dəqiq informasiya verə bilmirik”.

V.Əsədov bildirib ki, mayın 7-dən 11-dək paytaxtda növbəti velosiped tur keçiriləcək. Bununla əlaqədar da yollarda hərəkət məhdudiyyəti olacaq:

“Mayının 7-də saat 09.00-dan 14.30-dək Dövlət Bayrağı Meydanından Dairəvi yol- Bakı-Sumqayıt şosesi-Masazır-Novxanı- Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Mayın 8-də saat 09.00-dan 15.30-dək Bakı şəhərindən Şamaxı-İsmayıllı istiqamətində, mayın 9-da saat 09.00-dan 15.00-dək Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində;

Mayın 10-da saat 09.00-dan 13.30-dək Qəbələ-İsmayıllı-Şamaxı istiqamətində Pirqulu kəndinədək magistralda:

Mayın 11-də səhər saat 08.30-dan 11.00-dək Bakı şəhərində “Azadlıq meydanı – Neftçilər prospekti – Nobel prospekti – Zığ şosesi – Qala yolu – Şüvəlan – Mərdəkan – Buzovna – Bilgəh, Nardaran yolu – Bilgəh – Zağulba – Buzovna –Hava limanı şosesi” marşrutu üzrə, saat 11.00-dan 14.00-dək isə Heydər Əliyev prospekti – Yusif Səfərov küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı – Nefçilər prospekti – İçəri şəhərdə Kiçik Qala küçəsi – Qoşa Qala Qapısı – İstiqlaliyyət küçəsi – Sona xanım Vəliyeva küçəsi – Lermontov küçəsi – Teymur Elçin küçəsi – Mehdii Hüseyn küçəsi – Parlament prospekti – H.Cavid prospekti – Landau küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Bülbül prospekti – Üzeyir Hacıbəyli küçəsi – Puşkin küçəsi – Azadlıq meydanı” marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm