Qırmızı.az
Prezidentin sərəncamı 22 879 nəfərə şamil olundu
Dövlət Sosial Müdafiə Fondu (DSMF) 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılmasını təmin edib.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan AzNews.az-a verilən
məlumata görə, bu barədə DSMF-nin sədri Elman Mehdiyev KİV
nümayəndələrinə məlumat verib. DSMF sədri deyib ki, prezident İlham
Əliyevin 30 aprel 2014-cü il tarixli “1941-1945-ci illər Böyük
Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat
etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi
yardım verilməsi barədə” Sərəncamı hazırki vəziyyətə 22 879 nəfərə
şamil olunub ki, bunlardan 1707 nəfəri bilavasitə Böyük Vətən
müharibəsi iştirakçılarıdır. Sərəncama əsasən, bu kateqoriyadan
olan şəxslərə 700 manat məbləğində birdəfəlik yardım
göstərilib.
E.Mehdiyev deyib ki, Böyük Vətən müharibəsində həlak olmuş və ya
sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə
arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif
edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən
cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat
zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları
yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən
müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq
medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad
şəhərinin mühasirəsinin iştirakçılarına isə 300 manat məbləğində
birdəfəlik maddi yardım verilib. Bu kateqoriyaya aid olan şəxslərin
sayı isə 21 172 nəfər təşkil edir.
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY