Yeni virus Azərbaycan üçün təhlükəlidirmi?
Bizi izləyin

Qırmızı.az

Yeni virus Azərbaycan üçün təhlükəlidirmi?

Yeni virus Azərbaycan üçün təhlükəlidirmi?

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiya Gürcüstanda çiçək xəstəliyinin yeni aşkarlanmış virusunun Azərbaycana keçmə ehtimalını dəyərləndirib.

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov Trend-ə deyib ki, Azərbaycanda bütün yoluxucu xəstəliklərə qarşı tədbirlər görülür. Ancaq çiçəyi törədən infeksiyalar xüsusi təhlükəli infeksiyalar olmadığından onlara qarşı xüsusi tədbirlərin görülməsinə bir o qədər də ehtiyac yoxdur.

Ş.Qurbanov bildirib ki, bir ölkədə təhlükəli xəstəlik yayıldıqda bu barədə mütləq Ümumdünya Səhiyyə Təşkilatına məlumat verilir. ÜST isə bu barədə digər ölkələri məlumatlandırır. Bunun əsasında da ölkə həmin ölkədən gələn insanlara qarşı daha diqqətli olmalıdır. Ancaq hələ ki ÜST tərəfindən Azərbaycan bu məsələ ilə bağlı məlumatlandırılmayıb.

Ş.Qurbanov qeyd edib ki, taun, vəba, donuz qripi və digər xəstəliklərin yayılmasına səbəb olan mikroblar pandemiya xüsusiyyətləri olduğundan onlar sürətlə yayıla bilər: "Ancaq çiçək xəstəliyi adi bir xəstəlikdir. Onun müxtəlif növləri var. Onun bir ölkədən digər ölkəyə yayılma xüsusiyyətləri olmadığından çiçək xəstəliyinin Gürcüstandan Azərbaycana keçmə ehtimalı yoxdur".

Ş.Qurbanov əlavə edib ki, müxtəlif səbəblərdən ağırlaşmalar baş verməsə, çiçək xəstəliyi tez bir zamanda müalicə oluna bilər.

Qeyd edək ki, Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzi ölkədə aşkar olunan virusla bağlı bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, Gürcüstanda çiçək xəstəliyinin törədicisi olan yeni virus tapılıb. Ən azı üç nəfərin bu xəstəliyə yoluxduğu xəbər verilir. ABŞ-dan olan ekspertlərin sonradan apardıqları araşdırmalar göstərib ki, alimlər bu yeni virusa əvvəllər rast gəlməyiblər, ona görə də virusun adı yoxdur. Gürcüstanda bu virusa ilk yoluxma halı 2013-cü ilin yayında qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm