İmtahanın nəticələri açıqlandı
Bizi izləyin

Qırmızı.az

İmtahanın nəticələri açıqlandı

İmtahanın nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən publika.az-a verilən xəbərə görə, mayın 4-də komissiya rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.

Nəticələr yaxın saatlarda TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə biləcəklər. İmtahanında 15 və daha çox bal toplayan abituriyentlər “məqbul” la qiymətləndirilir.

İmtahanda iştirak etmək hüququ olan 8215 abituriyentdən 288 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 7927 abituriyentdən 7211 nəfəri qeyd olunan müsabiqə şərtini ödəyib və “məqbul” qiyməti alıb. 28 abituriyent təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə (30 bal) göstərib.

İmtahandan “qeyri-məqbul” qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər iyulun 3-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm