Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin edilib
Bizi izləyin

Qırmızı.az

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin edilib

Prezident İlham Əliyev aprelin 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsasnaməsinə dəyişiklik edib. Dəyişiklik nəticəsində komitə sədrinin müavinlərinin sayı 3-ə çatıb.


Modern.az saytına bu gün məlum olub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yeni – üçüncü müavini də təyin edilib. Ölkə başçısının müvafiq sərəncamı ilə Siyavuş Heydərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr müavini təyin olunub.


Dövlət Komitəsindən aldığımız məlumata görə, bu gün Siyavuş Heydərovun kollektivdə təqdimatı olub. Təqdimat mərasimini millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla keçirib.


Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov bir neçə gün öncə - mayın 2-də vəzifədən azad edilib. Hazırda sədrin səlahiyyətlərini müvəqqəti olaraq birinci müavini Səyyad Aran icra edir.


Komitə sədrinin daha bir müavini isə Gündüz İsmayılovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm