Viktor Yuşşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub
Bizi izləyin

Qırmızı.az

Viktor Yuşşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub

Viktor Yuşşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub

Ukraynanın dövlət və siyasi xadimi, ölkənin 3-cü prezidenti olmuş (2005-2010) Viktor Yuşşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub. Aprelin 27-30-da Bakıda səfərdə olan Viktor Yuşşenko Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə Bakıda keçiril'n II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi il' yaradılıb. Mərkəzin əsas məramı müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunması, Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyaya yaymaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm