Bakı sakinləri hansı xəstəliklərdən əziyyət çəkir?
Bizi izləyin

Qırmızı.az

Bakı sakinləri hansı xəstəliklərdən əziyyət çəkir?

Bakı sakinləri hansı xəstəliklərdən əziyyət çəkir?

Bakı sakinləri arasında həyata keçirilən icbari dispanserizasiya zamanı ən çox aşkarlanan xəstəliklərin adları açıqlanıb.

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev Trend-ə bildirib ki, ölkə Prezidentinin sərəncamı ilə həyata keçirilən icbari dispanserizasiya zamanı Bakı sakinləri arasında daha çox ürək-qan damar sistemi, endokrinoloji, sinir sistemi, mədə-bağırsaq, tənəffüs sistemi və göz xəstəlikləri rast gəlinib.

Ümumilikdə icbari dispanserizasiya zamanı Bakıda 1 249 000 nəfər tibbi müayinədən keçib. Onlardan 95 521 nəfərdə xəstəlik aşkarlanıb. Bakıda müyaindən keçən 5 292 xəstə xəstəxanaya yerləşdirilib. Dispanser qeydiyyata götürülülən 4 130 nəfər sağalaraq evə buraxılıb. Əlavə müayinələrə 376 395 nəfər cəlb edilib.

R.Nağıyev deyib ki, müayinələr yaşı 18-dən yuxarı olan insanlar arasında aparılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən, fevralın 17-dən mayın 1-dək ölkəmizdə bütün vətəndaşların ödənişsiz tibbi müayinəsi aparılıb. Əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkara çıxarılması və insanların vaxtında müalicəyə cəlb olunması məqsədi daşıyan icbari dispanserizasiyada 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm