“Gələcəyə işıq salan irs” mövzusunda konfrans keçirildi
Bizi izləyin

Qırmızı.az

“Gələcəyə işıq salan irs” mövzusunda konfrans keçirildi

ADMİU-da Umummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Gələcəyə işıq salan irs” mövzusunda konfrans keçirilib.

Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Tələbə Gənclər Təşkilatı tərəfindən Umummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Gələcəyə işıq salan irs” mövzusunda konfrans keçirilmişdi. Konfransdan əvvəl ADMİU-nun Tələbə Gənclər və Tələbə Həmkarlar təşkilatlarının üzvləri Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Konfransı giriş sözü ilə açan Tələbə Gənclər Təşkilatının sədri səmərəli fəaliyyət üçün şərait yaratdığına görə universitet rəhbərliyinə tələbələrin təşəkkürünü çatdırdı. Sonra keçirilən kofrans haqqında məlumat verdikdən sonra geniş məruza ilə çıxış edib:

“Bugünkü konfransımız əbədiyaşar lider Heydər Əliyevin 91 illiyinə həsr olunmuşdur. Biz gənclər Heydər Əliyevin işıqlı ideyalarını özümüzə mayak bilirik, onun azərbaycançılıq məfkurəsinə sədaqət bəsləyirik. Heydər Əliyevin möhtəşəm irsi gələcəyimizə işıq salır. Azərbaycanın müasir tarixi dahi siyasətçi, zəmanəmizin böyük dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşər tarixinin dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərindəndir. Ulu öndərimizin polad iradəsi və qətiyyəti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Taleyüklü hadisələrlə dolu olan bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi tərəqqisinə nail oldu. Bu qüdrətli şəxsiyyətin müəyyənləşdirdiyi yeni strateji-siyasi kurs daim Azərbaycana uğur gətirib. Bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafı naminə sərf edən ümummilli liderimiz Azərbaycanı öz möhtəşəm fəaliyyəti ilə bütün dünyaya tanıtdırıb, xalqımızın xoşbəxt və firavan gələcəyi üçün etibarlı bünövrə qoyub, onun idarəçilik mexanizmini formalaşdırıb”.

Bu gün müstəqil Azərbaycanın yaşamasına, dünyada qüdrətli bir ölkə kimi tanınmasına görə məhz Heydər Əliyevin sayəsində nail olubduğunu deyən gənclik nümayəndələri Ümummilli lider Azərbaycanın gələcək iqtisadi inkişaf strategiyası barədə danışarkən deyib:

“Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Konfransda “Heydər Əliyev və milli təhsilimiz”, “Milli liderin incəsənət sevgisi”, “Qüdrətli dövlət qurucusu”, “Ümummilli lider və vətənpərvərlik” adlı məruzələr dinlənildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm