“Baş redaktorlar”ın ofisində zorlanan "müxbir"(ə)lər
Bizi izləyin

Qırmızı.az

“Baş redaktorlar”ın ofisində zorlanan "müxbir"(ə)lər

“Baş redaktorlar"ın ofisində zorlanan müxbirlər

Vay o günə ki, jurnalistin qələminə yox, nəfsinə tuş gələsən.

Azərbaycan mediası informasiya, xəbər, maarifçilik missiyasından kənarda da “fəaliyyət ” göstərirmiş. Özü də kriminal xəbərlərin manşeti olmaqla.

İroniyaya bax! Mətbuat son günlərdə baş redaktorların müxbir qızları zorlaması ilə də gündəmdədir.

Bir də reket jurnalistlərin meydan sulaması faktı ilə.

Bunların dövranlarının bitməsi isə görünür mürrəkəb məsələdir. Belə meydan sulayan jurnalsitlərdən biri də “Mizan Tərəzi” qəzetinin baş redaktoru Ağdam rayon Üçoğlan kənd sakini, 1989-cu il təvəllüdlü Sultanov Sadiq Arazxan oğludur. Birdən oxucularımız elə bilər ki, bu “jurnalist” qəhrəmanlıq edib, Qarabağ mövzusunda böyük araşdırmalar aparıb, erməni yalanını dünyaya çatdırmağa çalışıb və ya düşmən həmkarı ilə debata girib söz savaşına çıxıb. Qətiyyən, adamın qəhrəmanlığının bu məsələlərlə heç bir əlaqəsi yoxdur. Adam özünəməxsus adına və əqidəsinə layiq şəkildə qəhrəmanlıq edib, öz işçisini zorlayıb. Müxbiri işləyən qadın Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edərək S.Sultanovun ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildirib.

Həmin hadisədən 1-2 gün keçmiş adam özünü yandırdı. Bununla da canını bu müsibətdən qutarmış olsa da, mərhumu o dünyada – yəni, haqq dünyasında bundan da pis müsibətlər gözləyir. Bu dünyada haqq-ədalət öz yerini gec tapsa da, o dünyda saniyə söhbəti də olmur.

Bu hələ son deyil, bir az keçdi növbəti “jurnalist” adını daşıyan şəxs 7 yaşlı qızı zorladı. Burda adamın matı- qutu quruyur. Axı hələ Sadiq Sultanovun olayının üstünə qar yağmayıb. Təəssüf hissi ilə həmkarım deyəcəyim kəslər, siz, redaksiyanı adını çəkmək istəmədiyim məkanalarla niyə səhv salırsız ?

Bu sualı onlara verə bilməsək də dərə var, divan var axı. Bu olaylar olanda nəsə adiyyatı qrumların səsi zəif çıxdı. Görünür, bu reket jurnalistləri hər adam susudura bilmir. Amma yox! Deyəsən, hardasa bir az yanılmışam. Bu olaylar Mətbuat Şurasını da çox ciddi narahat edir. Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərindən bu qənaətə gəlmək olar. Etməyə də bilməz axı, Əflatun müəllim. Söhbət insan taleyindən gedir.

“Jurnalistikaya heç bir bağlılığı olmayan bu cür insanlar jurnalistikada müəyyən mövqe tuturlar, qəzetlər açıb reketçiliklə məşğul olurlar, müəyyən cinayət işlərində iştirak edirlər. Sonra isə bu cür adamlar ictimaiyyətə jurnalist kimi təqdim olunurlar. Bu isə bizi çox ciddi narahat edir. Artıq biz məcburuq ki, hüquq mühafizə orqanları ilə bu barədə söhbətlər aparaq və bu cür adamlar ölkə ictimaiyyətinə təqdim olunanda onlar jurnalist kimi təqdim olunmasın” –deyə Əflatun Amaşov əlavə edir.

Bu müsahibədə bir məqam diqqətimi çəkdi. Niyə indiyə kimi ölçü götürülməyib? Niyə hüquq mühafizə orqanları ilə danışıqlar hələbundan sonra aparılacaq? Bu suallardan belə bəlli olur ki, bu duruma düşməyimizə səbəb bizim, yəni aidiyyatı qrumların həmən reaksiya verməməsidir.

Bu məsələ ilə bağlı Azərbaycan Nəşriyyatının mövqeyini öyrənmək də ürəyimizdən keçdi. Elə arzumuz da ürəyimizdə qaldı. Dedilər Ağabəy Əsgərovun müsahib olması müşkül məsələdir. Dedik, eybi yox, müavini, köməkçi olsun, onlarla əlaqe saxlayaq. Təəssüf ki, bu istəyimiz də elə istək olaraq qaldı. Bir məqamı da qeyd edim ki, Azərbaycan Nəşriyyatının əlaqə nömrələri də işləmir.

“Day-day” hesabına qəzet açıb və ya hansısa informasiya qurumu işlədirlər, elə bilir ki,burda odu, Bağdad da kor xəlifə! Mədəsi, nəfsi nə istəyir onu da edir,

Reket jurnalistlərə görə qələmi ilə evlərinə çörək apamaq istəyən abırlı-həyalı, namuslu jurnalistlər ürək edib hər hansı qapını döyə bilmir ki, birdən Siz reket qardaşların nəfsinin qurbanı olar. Bəli, çox təəssüf olsun ki, bu, bizim mətbuatımızın indiki günüdür. Sabahını isə Allah saxlasın!

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm