• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

BDU-nu məhkəməyə verən müəllimlə bağlı Universitetdən açıqlama

BDU-nu məhkəməyə verən müəllimlə bağlı Universitetdən açıqlama

Bakı Dövlət Universitetinin (BDU) “Riyazi analiz” kafedrasının sabiq müdiri və professoru Sadiq Abdullayev universiteti məhkəməyə verib. Universitetin mətbuat xidmətindən publika.az-a verilən məlumatda bildirilir ki, S.Abdullayev BDU-nun nüfuzuna xələl gətirdiyinə görə, vəzifəsindən azad edilib:

“BDU-nun Mexanika-riyaziyyat fakültəsinin “Riyazi analiz” kafedrasını sabiq müdiri Sadiq Abdullayev mövcud əsasnamənin tələblərini pozduğuna və universitetin nüfuzuna xələl gətirən hallara yol verdiyinə görə 22 yanvar 2013-cü il tarixindən pedaqoji vəzifəsi olan professor vəzifəsində saxlanılmaqla, inzibati vəzifəsi kimi kafedra müdirliyindən azad edilib. Bundan sonra S.Abdullayev Yasamal rayon Məhkəməsinə müraciət edib və onun iddiası rədd edilib. Azərbaycan Respublikasının Apellyasiya və Ali Məhkəmələri ilkin instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayıb”.

Qeyd edək ki, qafqazinfo.az saytında S.Abdullayevin vəzifədən azad edildiyinə görə, universiteti məhkəməyə verdiyi qeyd edilib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR