Nizam-intizam, həm də yüksək nəticə deməkdir...
Bizi izləyin

Qırmızı.az

Nizam-intizam, həm də yüksək nəticə deməkdir...

Nizam-intizam, həm də yüksək nəticə deməkdir...

Müstəqilliyimizin ilk illərində əlində silah erməni millətçilərinə qarşı döyüşən, sıralarından onlarla şəhid verən Azərbaycan polisi bu gün sabitliyin, ictimai asayişin keşiyində ayıq-sayıq durub xalqa, dövlətə və dövlətçiliyə sadiq olduğunu dönə-dönə sübut etdi. Ən çətin zamanlarda belə sınaqlarla üzbəüz qalan həmkarlarımız öz peşə andına sədaqət nümayiş etdirərək çətinliklərə sinə gərib, hətta cinayətkar gülləsinə tuş olmaqdan belə qorxmadılar.

1994-cü ilin aprel müşavirəsindən sonra digər güc strukturlarında olduğu kimi polisdə də peşəkarlar irəli çəkildi, polislə cəmiyyət və vətəndaşlar arasında normal münasibətlər sistemi formalaşdırıldı, insan hüquq və azadlıqlarının müdafizəsində polis-vətəndaş həmrəyliyinə nail olundu.

Müstəqilliyimizin bərpasında, onun qorunmasında, cinayətkarlıqla mübarizədə DİN-in Cevik Polis Alayının rolu çox böyükdür. Elə bir mühüm əhəmiyyətli dövlət tədbiri olmaz ki, orada Alayın əməkdaşları öz vəzifələrini icra etməsinlər. Qanunsuz keçirilən küçə yürüşlərinin qarşısının alınmasında, hətta futbol oyunlarında təhlükəsizliyin təmin olunması digər strukturlar kimi onlara da həvalə edilmişdir.

Qısa zaman kəsiyində əhali arasında Alayın ictimai nüfuzunun artması həm də polisə olan səmimiyyətin göstəricisidir. Onlar kimliyindən asılı olmayaraq, hər bir vətəndaşın hər yerdə, hər zaman köməyinə çatırmağa hazırdır. Bu təkcə xidməti vəzifəni yerinə yetirmək deyil, həm də vətəndaş mövqeyidir.
Əldə olunan nailiyyətlərin əsasında nizam və intizam durur. Bu fikri ÇPA-nın 8-ci patrul bölüyünün komandiri, polis mayoru Bakir Mehrəliyev dedi.

Bildirdi ki, bölüyün şəxsi heyəti 2014-cü ilin birinci rübü ərzində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıblar. Onlar tərəfindən bir çox cinayətlərin üstü açılmış, cinayətkarlar öz layiqli cəzalarını almışlar. Sevindirici hal odur ki, sıraları gündən-günə genişlənən bölüyün daha təcrübəli, təqaüd yaşına çatmış əməkdaşları yenə də gənclik illərində olduğu kimi daha əzmlə çalışır, xidmətə öz töhfələrini verir, zəngin təcrübələrini gənc həmkarları ilə bölüşürlər.

Məhz bunun nəticəsidir ki, rüb ərzində dövlətçiliyimizə, ictimai sabitliyin pozulmasına səbəb olan, cinayət törətdiklərinə və müəyyən hüquqpozmalara görə şəxsi heyət tərəfindən 764 nəfər, o cümlədən cinayət törətdiklərinə görə 21, axtarışda olan 1, o cümlədən soyğunçuluğa görə 2, oğurluğa görə 6, xuliqanlığa görə 7, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 3, dələduzluq etdiyinə görə 1, quldurluq etdiyinə görə 1 nəfər tutularaq məsuliyyətə cəlb edilmişdir. Polisin qanuni tələbinə tabe olmayan 2 nəfər, pasport rejimini pozan 366 nəfər, şübhəli şəxs qismində 74 nəfər saxlanılaraq aidiyyatı polis bölmələrinə təhvil verilmişdir.
Bölük komandiri tağımlar arasında sağlam rəqabətin olduğunu qeyd edərək rüb ərzində II tağımın nailiyyətlərinin I tağıma nisbətən çox olduğunu dedi. Belə ki, rüb ərzində I tağımın şəxsi heyəti tərəfindən 363 nəfər, II tağımın şəxsi heyəti tərəfindən isə 401 nəfər saxlanılaraq müvafiq polis bölmələrinə təhvil verilmişdir. Hər rübün sonunda aparılan təhlillər zamanı polis nəfərlərinin də xidmət üzrə nəticələri analiz olunur və işinin öhdəsindən layiqli şəkəildə gəlməyi bacaran əməkdaş Alay və bölük rəhbərliyi tərəfindən mükafatlandırılır.


Hafiz Təmirov,
polis kapitanı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm