12 ölkənin professorları BSU-da toplanıb
Bizi izləyin

Qırmızı.az

12 ölkənin professorları BSU-da toplanıb

12 ölkənin professorları BSU-da toplanıb

Bakı Slavyan Universitetində AMEA-nın Rəyasət Heyəti və BSU-nun birgə təşkil etdiyi Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda V Beynəlxalq Elmi Konfransın açılış mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, konfransda 12 ölkədən 30-dan çox qonaq (Rusiya, Ukrayna, Belarus, Bolqarıstan, Polşa, Almanya, Türkiyə, Yaponiya, Gürcüstan, İngiltərə, Litva, İtaliya, Qırğızıstan), eləcə də AMEA-nın müxtəlif institutlarından, respublikamızın bir sıra alı təhsil ocaqlarından, o cümlədən Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Saatlı, Cəlilabad və Şamaxıdan nümayəndələr iştirak edib.

Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının millətlərarası, multikultiralizm və dini məsələlər üzrə dövlət müşaviri, konfransın təşkilat komitəsinin sədri prof. Kamal Abdullayev qonaqları və iştirakçıları salamlayaraq konfransı açıq elan edib. Bakı Slavyan Universitetinin Ulu öndərimizin sənət əsəri olduğunu deyən prof. K.M.Abdullayev Azərbaycanın son illər qazandığı uğurlardan danışıb:

“Heydər Əliyevin ən böyük arzularından biri Azərbaycanı güclü, qüvvətli görmək idi. Bu gün biz bunun şahidiyik”.

K.Abdullayev konfransın “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev irsi və Azərbaycanın inkişaf strategiyası”, “Müasir Azərbaycanda multikultural cəmiyyət və millətlərarası münasibətlər”, “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Azərbaycan dili və ədədbiyyatı” adlı bölmələrdə davam edəcəyini nərəzə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli konfrans iştirakçılarını AMEA-nın prezidenti Akif Əlizadənin adından salamladı və konfransın işinə uğurlar arzulayıb. Azərbaycanşünaslıq ideologiyasını yüksək qiymətəndirən İ.Həbibbəyli bu ideologiyanın yaranmasında ulu öndərin misilsiz xidmətlərindən danışıb: “Azərbaycanşünaslıq - Azərbaycançılığın milli məfkurəyə çevrildiyi, dövlət ideologiyası səviyyəsinə çatdığı vaxtdan yaranıb”.

Sonra qonaqları və iştirakçıları salamlayan BSU-nun rektoru, prof. Asif Hacıyev bu beynəlxalq konfransın yeni elmi istiqamətə, yeni əməkdaşlıqlara təkan verəcəyini vurğuladı. Artıq ənənə halını almış “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Rusiya, Belarus, Bolqarıstan və Polşa universitetləri ilə müqavilələrin imzalanacağını bildirib:

“Bu konfransın bölmə iclaslarında iştirak bizim tələbələrə, müəllimlərə və doktorantlara yeni informasiyalarla zənginləşməkdə, yeni elmi istiqamətləri araşdırmaqda böyük kömək olacaqdır ”.

Ural Federal Universitetinin kafedra müdiri Azərbaycan tədris-mədəniyyət mərkəzinin direktoru professor A.G.Nesterov hər gəlişində Azərbaycanın necə dəyişdiyinin, Azərbaycan elminin necə inkişaf etdiyinin şahidi olduğunu, konfransın ildən-ilə daha da möhtəşəm keçirildiyini vurğuladı.

Daha sonra çıxış edənlər ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda V Beynəlxalq Elmi Konfransın təşkilatçılarına öz təşəkkürlərini bildirdilər və bu konfransın elmi mübadilələr sahəsində böyük uğurlara imza atacağına əminliklərini ifadə ediblər.

Konfrans çərçivəsində BSU-nun Polyak Dili və Mədəniyyəti Mərkəzi nəzdində Polyak Dili Bazar Günü məktəbinin açılışı oldu. Mərasimdə BSU-nun rektoru prof. Asif Hacıyev və Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Mixal Labenda iştirak etdilər. Bazar günü məktəbində etnik polyaklara, eyni zamanda bütün arzu edənlərə polyak dili tədris ediləcək.

Mayın 6-da qonaqlar Qubaya səfər edəcəklər, burada yerli ziyalıların nümayəndələri ilə dəyirmi masanın keçirilməsi və qonaqların Quba soyqırımı memorial kompleksi ilə tanışlığı nəzərdə tutulur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm