• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İTV-nin direktor müavini ağır qəza törətdi

İTV-nin direktor müavini ağır qəza törətdi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun müavini, “Həftənin yekunu” verilişinin aparıcısı avtomobil qəzası törədib.



AzNews.az-a daxil olan məlumata görə, Sumqayıtda dünən gecə saat 2-də baş verən hadisə zamanı Şaiq Məmmədovun idarə etdiyi 90 AF 501 nömrə nişanlı, İTV-yə məxsus olan “Honda Accord” markalı avtomobil yararsız hala düşüb. Qəzaya düşən avtomobildə direktor müavini ilə yanaşı İTV-nin başqa departament rəhbərlərindən biri də olub.


Gecə saat 2 radələrində İTV-nin rəhbər şəxslərinin xidməti avtomobillə Sumqayıta nə üçün getdikləri isə hələlik bəlli deyil. Qəza Daxili İşlər Nazirliyinin yol-hərəkəti qaydalarının pozulması ilə bağlı xronikada yer almadığından rəsmi qurumlar qəza ilə bağlı AzNews.az-a heç bir açıqlama vermədilər.




Xatırladaq ki, Şaiq Məmmədov Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində ictimai-siyasi proqramlar baş redaksiyasının baş redaktor müavini, beynəlxalq proqramlar baş redaksiyasının baş redaktoru, ingilis dilində “Həftə” analitik-informasiya proqramının müəllifi və aparıcısı vəzifələrində çalışıb.



İTV-də direktor müavini təyin olunandan sonra şirkətdə kadr siyasətinə onun nəzarət etdiyi bildirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR