"Yol terroru" Bakıda 77 can aldı - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

"Yol terroru" Bakıda 77 can aldı - ÖZƏL

"Yol terroru" Bakıda 77 can aldı

Bu ilin dörd ayı ərzində Bakı şəhəri üzrə 282 yol qəza hadisəsi baş verib, nəticədə 77 nəfər dünyasını dəyişib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələr 14 fakt, ölüm 22 nəfər azalıb.

Bu sözləri publika.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədovun sözlərinə görə, yanvarın 1-dən aprel ayının 26-dək paytaxtda baş verən ümumi nəqliyyat hadisələrinin 51%-i sürət həddinin aşılması, 51.7%-i piyadaların vurulması, 26%-i yol ayrıclarının keçmə qaydalarının pozulması, 17%-i üfüqi nişanlanma xətlərinin tələbini pozub əks istiqamətli yola daxil olmaq səbəbindən baş verib.

O bildirib ki, hadisələr əsasən, paytaxtın Heydər Əliyev, Babək, Tbilisi prospektlərində və avtomobillərin yüksək sürətlə idarə edilməsinə icazə verilən küçə vəyollarda baş verib:

“Hadisələr əsasən, günün qaranlıq vaxtlarında, axşam saat 18:00-dan 24:00-dək daha çox olub. Yol nəqliyyat hadisələri əsasən, həftənin şənbə və bazar günlərində daha çox qeydə alınıb".

Şöbə rəisi deyib ki, ötən müddət ərzində təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar yol polisi tərəfindən 212 157 inzibati protokol tərtib edilib. Bunların 3234-ü avtomobilin sərxoş vəziyyətdə idarə olunması, 2789-u sfetaforun qırmızı işığında keçmə, 694-ü polisə tabe olmama, 668-i qəza şəraiti yaratma, 1115-i sürət həddinin aşılması, 546-sı sərnişindaşıma qaydalarının pozulması, 264-ü avtomobilin dövlət nömrə nişanı olmadan idarə edilməsi, 21446-ü ötmə, yolayrıcı, manevretmə qaydalarının pozulması, 148-i avtoxuliqalıq, 1454 avtomobili sənədsiz idarəetmə, 1309-u pərdə -pulyonkalardan istifadə edilməsi ilə bağlı olub.

Ötən dövrdə piyadalar tərəfindən 53084 yol hərəkəti qaydasının pozulması faktı qeydə alınıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm