İlqar Mikayıloğlu bacısının azadlığa buraxılmasından danışdı
Bizi izləyin

Qırmızı.az

İlqar Mikayıloğlu bacısının azadlığa buraxılmasından danışdı

ANS telekanalının aparıcısı İlqar Mikayıloğlu bacısı, sabiq millət vəkili Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət bildirib.

ANS telekanalının aparıcısı İlqar Mikayıloğlu bacısı, sabiq millət vəkili Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət bildirib.

İlqar Mikayıloğlu bu günkü məhkəmə prosesində iştirak etdiyini deyib:

“Hadisələr gözümün önündə baş verdi. Bacım şərti olaraq 70-ci maddə ilə azadlığa buraxılıb. Hazırda hisslərimi tam ifadə edə bilmirəm. Bu elə bir haldır ki, nə sevinə, nə də kədərlənə bilirsən”.

Xatırladaq ki, bu gün Bakı Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib. Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi sabiq millət vəkilinin üç il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarmışdı. /Axsam.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm