Babəkin heykəlini Xaçmazda hara apardılar? - VİDEO
Bizi izləyin

Qırmızı.az

Babəkin heykəlini Xaçmazda hara apardılar? - VİDEO

Babəkin abidəsi Xaçmazın Xudat şəhərində 2009-cu ildə qoyulub. Abidənin bu gundən rayon mərkəzinə köçürülməsinə start verilib.

Babəkin abidəsi Xaçmazın Xudat şəhərində 2009-cu ildə qoyulub. Abidənin bu gundən rayon mərkəzinə köçürülməsinə start verilib.

8-9 əsrlərdə yaşamış və Xürrəmilər hərəkatının başçısı olmuş Babəkin abidəsinin yerinin dəyişdirilməsini rayon icra hakimiyyətinin başçısının müavini Bəxtiyar Osmanov belə izah etdi.

Xaçmaz şəhərində gedən abadlıq və quruculuq işlərilə əlaqədar olaraq məsləhət görüldü ki, Babəkin at üzərindəki heykəli şimal tərəfdən giriş qapısına yaxın ərazidə qoyulsun. Gələcəkdə burda gözəl bir abidə ucaldılacaq.

Amma Babəkin heykəlini Xaçmaza aparmaq heç də asan başa gəlmədi. Belə ki, Xudatdan-Xaçmazadək olan 23 km məsafəni nə az, nə çox - düz 5 saat yarıma qət etmək mümkün oldu. Çünki yolboyu nəqliyyatın hərəkətinə maneəçilik törətməmək, kommunikasiya xətlərini qorumaq vacib idi.

Abidəni artıq şəhərin giriş qapısının yaxınlığında görmək mümkündür. Burada bu günlərdə daha bir tarixi şəxsiyyətin 7-ci əsrdə yaşamış ərəb xülafətinə qarşı vuruşmuş hökmdar Cavanşirin də at belində abidəsi də ucaldılacaq. Bundan əvvəl isə Çənlibel parkında Koroğlunun və Xətainin at üstündə heykəlləri qoyulub. Beləliklə, Xaçmaz Azərbaycanda 4 tarixi qəhrəmanın heykəlinin olduğu yeganə şəhərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm