Su anbarına düşən inək xilas edildi - VİDEO
Bizi izləyin

Qırmızı.az

Su anbarına düşən inək xilas edildi - VİDEO

Ceyranbatan su anbarına düşən inək çətin anlar yaşayıb.

Ceyranbatan su anbarına düşən inək çətin anlar yaşayıb.

Onun köməyinə gələn xilasedicilər bu anların uzun müddətli olmasının qarşısını ala biliblər.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi əməliyyat həyata keçirib. Əməliyyat zamanı Abşeron rayonu, Ceyranbatan su anbarında köməyə ehtiyacı olan heyvan faktorunun olması barədə məlumat daxil olub. Məlumatı dəyərləndirən xilasedicilər hadisə yerinə yollanıb. Hadisə yerində əmliyyat şəraiti qiymətləndirilərək məlum olub ki, Ceyranbatan su anbarının mühafizə zolağından kənar Samur-Abşeron kanalına düşən inəyi su öz axını istiqamətində aparıb. İnək su kanalı ilə anbarın qovuşduğu yerdə maneəyə ilişib.

Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə inəyi kanalın mənsəbindən çıxara biliblər. İnək isə sahibinin tapılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm