Azərbaycanda sürətli qatar olmayacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda sürətli qatar olmayacaq

Hazırda Azərbaycanda elektrofikasiya – elektrik təchizatı, rabitə siqnal sistemi yenidən qurulur. Yeni sistem qurulandan sonra qatarların sürəti saatda 120-140 kilometr olacaqdır.

Hazırda Azərbaycanda elektrofikasiya – elektrik təchizatı, rabitə siqnal sistemi yenidən qurulur. Yeni sistem qurulandan sonra qatarların sürəti saatda 120-140 kilometr olacaqdır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən xəbərə görə, respublikamızda sürətli qatar olmayacaqdır. Bunun əvəzinə ölkədə qatarların sürəti artırılacaqdır.

İndi ölkədə qatarlar saatda 80-100 kilometr sürətlə hərəkət edir. Yollarda sürət artırıldıqdan sonra bu avtomatik sürətli qatarlara gətirib çıxaracaqdır.

Qeyd olunub ki, qatarların sürəti ilkin mərhələdə İpək Yolu boyunca, Gürcüstana kimi artırılacaqdır. Çünki 2015-ci ildə Bakı-Tbilisi - Axalkalaki xətti istifadəyə veriləcəkdir.

Həmin xətlərdə isə qatarların hərəkət sürətinin 140 kilometrə çatması nəzərdə tutulur. Sonra isə qatarlar həmin sürətlə bütün ölkə daxilində hərəkət edəcəkdir.

Layihənin 2015-2017-ci illərdə reallaşdırılması planlaşdırılır. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm