“Gül Bayramı”na görə yollar bağlanıb
Bizi izləyin

Qırmızı.az

“Gül Bayramı”na görə yollar bağlanıb

“Gül Bayramı”na görə yollar bağlanıb

Bakıda keçiriləcək Gül bayramı ilə əlaqədar paytaxtın bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Azvision.az xəbər verir ki, paytaxtın Füzuli küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub və istiqamət dəyişdirilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, bunu nəzərə alsınlar, sıxlığın, yol-nəqliyyat hadisələrinin yaranmaması üçün əvvəlcədən istiqamətlərini müəyyənləşdirib elə yoldan istifadə etsinlər ki, narahatlıq yaranmasın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm