
Türkiyədə daha bir cinsi təcavüz faktı üzə çıxıb.
Türkiyənin Düzcə şəhərində utandırıcı zorlama
faktı qeydə alınıb.
Hadisə ötən gün baş verib. Düzcənin Sallar
məhəlləsindəki evində tək başına yaşayan 81 yaşlı qadın 25 yaşlı
gənc tərəfindən əvvəlcə döyülüb, daha sonra isə
zorlanıb.
Hadisədən sonra Düzcə Universiteti Xəstəxanasına
aparılan yaşlı qadın müalicəyə yazılıb.
Düzcə Təhlükəsizlik İdarəsinin apardığı istintaq
əməliyyat tədbirləri nəticəsində dəlillərlə yaşlı qadını zorladığı
iddia edilən gənc evində saxlanılıb. Təqsirləndirilən gənc
izahatında haqqında səsləndirilən ittihamları qəbul
etməyib./anspress