Daha bir erməni təxribatı ifşa olundu
Bizi izləyin

Qırmızı.az

Daha bir erməni təxribatı ifşa olundu

Daha bir erməni təxribatı ifşa olundu

Suriyada fəaliyyət göstərən “Əhraru Şam” və “Cəbhər əl-Nusra” terrorçu təşkilatların dəstələri Türkiyədən Suriya ərazisinə keçərək, ermənilərin məskunlaşdıqları Kessab qəsəbəsinə hücum ediblər.

Publika.az-ın məlumatına görə, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, sözügedən terrorçu dəstəsi orada yaşayan erməniləri əsir götürərək, qəddarlıqla qətlə yetiriblər.

Qətlin əsas məqsədi ondan ibarətdir ki, guya, qeyd olunan hücumda azərbaycanlı və türk “mücahid”ləri də fəal iştirak ediblər və sairə. Hətta, bu hadisələr ABŞ və Rusiyada yaşayan ermənilər tərəfindən “soyqırım” kimi qiymətləndirilib, buna dair həmin ölkələrin dövlət qurumlarına müraciətlər ünvanlanıb və KİV-lərdə materiallar dərc olunub. Lakin, sonradan məlum olub ki, Kessabın milliyyətcə erməni olan meri 24 mart 2014-cü ildə müsahibəsində hücumdan öncə 700 yerli erməni ailəsinin ərazidən Suriyanın Latakiya bölgəsinə təxliyə edildiyini bildirərək, “Kessab soyqırımı” məfhumunu təkzib edib.

Bu zaman o da bəlli olub ki, internetdə yerləşdirilmiş ermənilərin kütləvi şəkildə edam olunması barədə videogörüntülər hadisədən bir müddət öncə Suriyanın digər bölgəsində çəkilib və əslində Suriya hökumət ordusunun əsgərlərinin ekstremistlər tərəfindən edam olunmasını əks etdirir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm