İnşa müsabiqəsinin qalibləri mükafatlandırıldı
Bizi izləyin

Qırmızı.az

İnşa müsabiqəsinin qalibləri mükafatlandırıldı

İnşa müsabiqəsinin qalibləri mükafatlandırıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə ixtisas və orta ixtisas təhsili müəssisələrinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçiirilib.

 

Mərasində təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalatrı naziri Əli Abbasov, baş nazirin müavini, Yeni Azərbaycan Partiyasınbın sədr müavini Əli Əhmədov, Heydər Əliey Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev və digər qonaqlar iştirak edib.

 

Azərbaycan xalqının Ümummili liderinin anadan olmasının ildönümünə həsr olunmuş inşa müsabiqəsi artıq 8-ci dəfədir ki, təşkil olunur. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə müvafiq olaraq keçirlən müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır.

 

Respublika mərhələsinin iştirakçıları arasında 8 nəfər birinci, 7 nəfər ikinci, 11 nəfər üçüncü yerə layiq görülüb. 4-cü (həvəsləndirici) yer tutan 65 nəfər diplomla təltif olunub. 1-4-cü yerləri tutan 91 nəfərin inşa yazısı "Heydər Əliyev məktəblilərin gözü ilə" adlı kitabda çap edilib.

 

Qeyd edək ki, müsabiqənin Respublika mərhələsində 119 nəfər iştiralk edib. Onlardan 10 nəfəri VIII, 29-u X, 28-i XI sinif şagirdidir. Ilk peşə ixtisas təhsili müəssisələrini 14 nəfər, orta ixtisas məktəblərini isə 9 nəfər təmsil edib. Mart ayında yekunlaşan inşa müsabiqəsində ölkəmizin bütün bölgələri təmsil olunub. Müsabiqənin rayon (şəhər) mərhələsində 17 mindən çox şagird iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm