• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Tələbə və məzunlar üçün 875 iş yeri

Tələbə və məzunlar üçün 875 iş yeri

Azərbaycan Respublikasınının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri mayın 6-da Azərbaycan Texniki Universitetində keçirilib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunlarının da iştirak etdiyi tədbirin məqsədi yuxarı kurs tələbələri və məzunların əmək bazarına inteqrasiyasına, habelə işəgötürənlər üçün ixtisaslı kadrların seçimini aparmaq imkanı yaradılmasına köməklik göstərilməsi olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, tədbirdə 78-i özəl sektora aid 109 müəssisə tərəfindən ümumilikdə 875 boş (vakant) iş yeri tələbə və məzunlara təklif edilib. Vakansiyaların 637-si özəl müəssisələr tərəfindən təqdim olunub. Həmin müəssisələr sırasında “Ata Holdinq” ASC, “Ata Bank” ASC, “Azərcell Telekom” MMC , “Bakcell LTD” MMC, Azərfon MMC, “Qarant Sığorta” ASC, “Azərsun”MMC, “Parabank” ASC, “Holcim” Qaradağ Sement ASC, “Nurgün Motors” MMC, “Norm” Şirkəti və digər iri şirkətlər də olub.

Tələbə və məzunlar mövcud əmək bazarı haqqında, onların ixtisaslarına olan tələbat barədə məlumat əldə edib, işəgötürənlərlə ilkin əlaqələr qurublar. İşəgötürənlər tələbə və məzunlarla ünsiyyətdə olaraq, gələcəkdə işə cəlb olunacaq ixtisaslı kadrlar seçmək üçün onlardan CV-lər qəbul ediblər. Bununla yanaşı, tədbir zamanı müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyənlər üçün Səyyar Əmək Birjası da fəaliyyət göstərib.

Xatırladaq ki, “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri bundan öncə “Odlar Yurdu” Universitetində keçirilib və tədbirdə 216 nəfər tələbə və məzuna boş iş yerlərinə göndəriş verilib, işəgötürənlər tərəfindən 515 nəfər tələbə və məzundan şəxsi məlumatlar (CV) qəbul olunub.

Tələbə və məzunlar üçün aktiv məşğulluq tədbirləri il ərzində digər bir sıra ali təhsil müəssisələrində, o cümlədən Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir şəhərlərindəki ali təhsil ocaqlarında da keçiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR