Qırmızı.az
İşsizlik sığortalana bilər
Azərbaycanda işsizliyin ayrıca sığortalanması təklif olunub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli jurnalistlərə açıqlamasında qeyd edib ki, hazırda beynəlxalq təcrübəni nəzərə alaraq yeni təklif üzərində iş aparılır:
"Azərbaycanda işsizliyin sığortası ayrıca aparılmır. Buna ayrıca
vəsaitin ayrılmaması o deməkdir ki, həm passiv, həm də aktiv
məşğulluq tədbirlərini məhdudlaşdırırıq. Biz hazırda beynəlxalq
təcrübəni nəzərə alaraq bu təklif üzərində çalışırıq. Yaxın
vaxtlarda bu layihə hökumətə təqdim olunacaq. Layihədə sosial
ödəmələrdə işsizliyin sığortalanmasının ayrıca aparılması təklif
olunur. Buradan gələn vəsait isə həm passiv, həm də aktiv məşğulluq
tədbirlərinin çeşidini və həcmini artıracaq. Bu imkan verəcək ki,
məlumat bazası genişlənsin və məşğulluq xidmətinin elektron sistemi
təkminləşsin".
Nazir müavini qeyd edib ki, bu yenilik işsiz vətəndaşlara yüksək
imkanlar verəcək: "İşsizliyin sığortası o dəməkdir ki, hər bir
işləyən vətəndaş ödədiyi sosial ödəmələrin miqdarında sığorta
olunur. Həmin şəxs işsiz olarkən dövlət ona həm daha yüksək
işsizlik müavinəti verə biləcək, həm də çox sayda aktiv məşğulluq
tədbirləri təklif edə biləcək. Bu, peşəyönümlü kurs ola bilər,
özünədəstək kursları ola bilər". /anspress
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı