• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanda namus ləkəsinin "yuyulması" - VİDEO (Əsəbi zəif olanlar baxmasın +18)

Azərbaycanda namus ləkəsinin  "yuyulması" - VİDEO (Əsəbi zəif olanlar baxmasın +18)
Azərbaycanda baş vermiş bu hadisə ləkələnmiş namusun təmizlənməsi yox, vəhşilikdir. Vəhşilik isə itə və ya hər hansı çöl heyvanına deyil, insana qarşı edilib.

Rayonlardan birində baş vermiş hadisənin lentə alınmış videosuna sona kimi baxmaq çətindir. Milli.Az-a göndərilən videoda görünür ki, bir kişini bir neçə nəfər lüt soyunduraraq döyür və onun etdiyi namussuzluğa görə əzab verir. Videoda danışıqlardan hiss olunur ki, döyülən kişi öz dostunun arvadı ilə intim münasibət qurub.

Milli.Az olaraq həmin hadisənin hansı rayonda baş verdiyini öyrəndik. Məlum oldu ki, həmin şəxs və ona işgəncə verənlər yoxa çıxıblar. İşgəncə verilən kişinin atası isə polisə şikayət edərək bildirib ki, oğlunun azad olunması üçün ondan 40 000 manat tələb edirlər.

Hazırda hadisənin daha dəqiq təfərrüatlarını öyrənməyə çalışırıq,

Videoda görüntülənən hadisənin düz və ya səhv olmasına münasibəti oxucuların ixtiyarına buraxırıq. İnsanı hər hansı səhvinə görə bu hala salmaq olarmı?

Xəbər lenti

DAHA ÇOX XƏBƏR